XİN-dən İsrail və Livandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən İsrail və Livandakı Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

Siyasət

25 Sentyabr 2024 22:49 365


Xarici İşlər Nazirliyi İsrail və Livandakı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.

"Livan və İsrail arasında mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən müvafiq olaraq 3 və 5 avqust 2024-cü il tarixlərində edilmiş səyahət xəbərdarlıqlarına ciddi şəkildə riayət etməyin vacib olduğunu diqqətə çatdırırıq. Bununla yanaşı, İsrail ərazisində xüsusi vəziyyət elan edilməsi ilə əlaqədar, vətəndaşlarımıza İsrailin Livan sərhədinə yaxın ərazilərə səfər etməməyi və yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmağı tövsiyə edirik", - məlumatda deyilir. Marqarita pizza

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi

telaviv@mission.mfa.gov.az

+972 50 356 95 82

Azərbaycan Respublikasının Livan Respublikasındakı Səfirliyi

beirut@mission.mfa.gov.az

+961 4 922 066.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!