XİN maliyyə pozuntularının aşkarlanması barədə məlumata münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

XİN maliyyə pozuntularının aşkarlanması barədə məlumata münasibət bildirdi

Maraqlı

10 Fevral 2022 17:06 1000


"Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında aparılan yoxlamanın əhatə etdiyi dövr göstərilmədiyindən, məsələyə aydınlıq gətirməyi vacib hesab edirik. Vurğulamaq istərdik ki, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2021-ci ildə aparılmış nəzarət tədbirləri 2015-ci ilin 1 yanvar tarixindən 2020-ci ilin 3 iyul tarixinədək olan dövrü əhatə edir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

"Məlum olduğu kimi, DTX-nın 2020-ci ildə apardığı əməliyyat nəticəsində XİN-in İşlər İdarəsinin məsul əməkdaşları saxlanılıb və aparılmış istintaq hərəkətləri nəticəsində XİN zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 dekabr 2021-ci il tarixli hökmünə uyğun olaraq, həmin şəxslərdən cinayət hərəkətləri nəticəsində əldə olunmuş vəsaitin XİN-ə ödənilməsi qeyd olunub", - L.Abdullayeva vurğulayıb. Pepperoni pizza

Qeyd edək ki, bu gün Maliyyə Nazirliyi Xarici İşlər Nazirliyində maliyyə pozuntuları aşkar edilməsi barədə açıqlama vermişdi.

Xatırladaq ki, 2004-cü ildən 2020-ci ilədək Azərbaycan Xarici İşlər Nazirliyinə Elmar Məmmədyarov başçılıq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!