XİN: Münaqişənin iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik

saytların hazırlanması

Evə çatdırılma

XİN: Münaqişənin iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik

Siyasət

25 Avqust 2025 17:55 338


Avqustun 25-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində təşkil edilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib.

Yenisabah.az xəbər verir ki, sessiya zamanı Qəzza bölgəsində davam edən hərbi gərginlik və humanitar böhranın narahatlıq mənbəyi olaraq qaldığı və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib.

Yalçın Rəfiyevin çıxışında Qəzza bölgəsində atəşkəsin əldə olunmasının və humanitar yardımın bölgəyə çatdırılmasına şəraitin yaradılmasının əhəmiyyəti qeyd olunub. Sezar pizza

Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.

Azərbaycanın İƏT-in fəal üzvü kimi Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə göstərdiyi yardımlarının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!