XİN-nin vəzifəli şəxslərinin məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

XİN-nin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Kriminal

19 İyul 2021 10:18 861


Xarici İşlər Nazirliyinin (XİN)İşlər idarəsinin sabiq müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenisabah.az xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib. İş üzrə zərərçəkən şəxs qismində Xarici İşlər Nazirliyi tanınıb. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək. pizza hut

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.4(xüsusilə külli miqdarda mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Barələrində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Lakin bir müddət sonra məhkəmə onları ev dustaqlığına buraxıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!