XİN rəhbəri: “Azərbaycana mesaj vermişik“

saytların hazırlanması

Evə çatdırılma

XİN rəhbəri: “Azərbaycana mesaj vermişik“

Rəsmi

23 Noyabr 2022 17:24 1309


"Biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik".

Yenisabah.az "Akharin khabar"a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian deyib.

XİN rəhbəri özünün Ermənistana və Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfərini xatırladaraq bu hadisələrin Azərbaycan mediasında qərəzli işıqlandırıldığını bildirib:    Marqarita pizza

"Təkidlə vurğulamaq istəyirəm ki, biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Heç vaxt bir tərəfi digərindən üstün tutaraq münasibətlərimizi tənzimləmirik. Qonşularla mehriban münasibətlərə üstünlük verərkən də qonşu dövlətlərinin birinə digərindən az diqqət yetirmirik".  

Əmir-Abdullahian əlavə edib: "Qonşu ölkələrin torpaqlarına dair də heç bir göz dikməmişik. O cümlədən Azərbaycan torpaqlarına iddiamız yoxdur. Amma region ölkələrinin hamısına bəyan edirik ki, bölgədə istənilən sərhəd dəyişikliyini qəbul etməyəcəyik. Bunu rəsmi məqamlara da çatdırmışıq. O cümlədən digər qonşu dövlətlər kimi Azərbaycana da".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!