XİN rəhbəri: Ermənistanla sülh sazişi danışıqlarında ciddi proqres var

saytların hazırlanması

Evə çatdırılma

XİN rəhbəri: Ermənistanla sülh sazişi danışıqlarında ciddi proqres var

Siyasət

31 Oktyabr 2024 16:31 645


Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqres var.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığı zamanı deyib.

Nazir Ceyhun Bayramov qarşı tərəfi Azərbaycanın bölgəmizdə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb. Sezar pizza

XİN başçısı ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığını, eyni zamanda, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyini diqqətə çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!