XİN rəhbəri finlandiyalı vəzifədaşını qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

XİN rəhbəri finlandiyalı vəzifədaşını qəbul etdi

Siyasət

15 Oktyabr 2025 15:31 167


Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə Azərbaycan-Finlandiya ikitərəfli münasibətləri, Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də bölgədə post-münaqişə dövründə vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.

Tərəflər post-münaqişə dövründə reallıqları nəzərə alaraq, funksional əhəmiyyətini itirmiş Minsk Prosesi, Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının fəaliyyətinin 1 sentyabr tarixindən dayandırılması barədə qərarı müsbət qiymətləndiriblər. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!