XİN rəhbəri: Fransalı nazirin qərarı səhvdir

saytların hazırlanması

Evə çatdırılma

XİN rəhbəri: Fransalı nazirin qərarı səhvdir

Siyasət

15 Noyabr 2024 12:58 429


Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşenin Bakıya, COP29-a gəlməyəcəyi ilə bağlı verdiyi qərar yanlışdır.

Yenisabah.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun fikrincə, bu, qeyri-konstruktiv yanaşmadır: “Özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Avropa İttifaqının aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması yanlış addımdır”. Marqarita pizza

XİN rəhbəri deyib ki, Azərbaycan heç vaxt iqlim mövzusunu Fransa ilə olan digər məsələlərə qarışdırmır:

“COP-dan öncə də tədbirlərimiz olub, onların hamısında fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunub və bu tədbirlərdə iştirak ediblər. COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də dediyim kimi, Fransanın iştirak etməməsi - bu artıq onların öz seçimidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!