"Xarici işlər nazirinin Nyu-Yorkda keçirdiyi görüşlər yalnız gərginliyin artmasına xidmət edib”.
Yenisabah.az “Arman” qəzetinə istinadla xəbər verir ki, bunu İran parlamentində Xarici siyasət və milli təhlükəsizlik Komissiyasının keçmiş rəhbəri Heşmətullah Fəlahətpişe bildirib.
“Mənim kimi insanlar bir sözü dönə-dönə təkrarlayır. Bizim real baxışımız var və fikrimizcə, bəzən gərginlik süni şəkildə meydana gəlir. İran daxilində və xaricində olan qruplar və hətta bəzi hökmran güclər bu gün dünyada İran gərginliyindən faydalanırlar. Ancaq əsas zərər çəkənlər gərginliyin əvəzini sanksiyalarla ödəyən insanlardır”, – deyə Fəlahətpişe əlavə edib. pizza
Onun fikrincə, İbrahim Rəisi hökuməti real fürsətləri əldən verir:
“BMT-nin iclaslarında və hətta prezidentin çıxışında İranın xarici siyasət problemlərini müzakirə edəcək heç bir gündəm mövzu yox idi. Hətta xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Nyu-Yorkda keçirdiyi bütün görüşlərdən sonra çıxan nəticə İran və Avropa ölkələri, hətta İranla MAQATE arasındakı gərginliyin artması və s. olub”.
Xatırladaq ki, İran XİN rəhbəri Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da danışıqlar keçirib.
Hazırkı məhrələdə iki ölkə arasında gərgin münasibətlər mövcuddur.
Telegram kanalımız