XİN vətəndaşlara: “İrana getməkdən çəkinin!”

saytların hazırlanması

Evə çatdırılma

XİN vətəndaşlara: “İrana getməkdən çəkinin!”

Siyasət

13 İyun 2025 12:07 361


Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb:

"İsrail və İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. Toyuqlu pizza

Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

tehran@mission.mfa.gov.az

+98 905 523 01 07

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

tabriz@mission.mfa.gov.az

+961 4 922 066".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!