Xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlandı

saytların hazırlanması

Evə çatdırılma

Xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlandı

Hadisə

08 İyun 2023 20:10 661


Masallıda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon Qızılağac kəndi ərazisindən kənd sakinlərindən birinə məxsus olan 4 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən rayon sakini O.Məmmədov müəyyən edilərək saxlanılıb və oğurlanan heyvanlar aşkarlanaraq sahibinə qaytarılıb.  Sezar pizza

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!