Xırdalan taksisi Bakıya buraxılmayacaq: “Yəqin “bazara” girirlər”

saytların hazırlanması

Evə çatdırılma

Xırdalan taksisi Bakıya buraxılmayacaq: “Yəqin “bazara” girirlər”

Sosial

23 Sentyabr 2025 08:44 11932


Azərbaycanda taksilərlə bağlı daha bir qəribə qərarla bağlı məlumat yayılıb. Belə ki, bir şəhərdə olan taksi digərində xidmət göstərə bilməz. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. Onun sözlərinə görə, qanunvericiliyin tətbiqinə ehtiyac var:

“Sumqayıtın taksiləri Sumqayıtda, Xırdalanın taksiləri Xırdalanda, Gəncənin taksiləri Gəncədə xidmət göstərməlidir. Bu, qanunvericilikdə var. Biz hamını taksi adlandırırıq. Amma qanunvericilikdə onlar sifarişli xidmət həyata keçirirlər. Onun da tənzimlənməsi yaxın vaxtlarda yerini almalıdır”. 

Maraqlıdır, belə bir qərara nə ehtiyac var? Axı nəyə görə şəhərlər arasında bölgü olmalı və bir şəhərin taksisi başqasına getməməlidir? Məsələn, sərnişin Xırdalandan Bakının Nərimanov rayonuna gəlmək üçün taksi xidmətindən necə istifadə edəcək? Sezar pizza

AĞ Partiya başqanı Tural Abbaslı “Cebheinfo.az”-a açıqlamasında bu fikirlərə cavab verib:

“Hörmətli Anar Rzayev bunu necə müəyyən edib? Yəni Sumqayıt taksisi və ya Bakı taksisi nə deməkdir? Fərdin, yoxsa maşınının qeydiyyatı üzrədir? Həmçinin, bu qərarın iqtisadi və sosial əsası nədir? Görünür, ölçmədən-biçmədən əcaib qərarlar verirlər. İnternetin qarşısında otururlar, guya digər dövlətlərin təcrübələrini öyrənirlər. Lakin həmin dövlətlərin və xalqlarının maddi vəziyyəti, eləcə də sosial durumunu analiz etmirlər. Sadəcə baxıb köçürürlər. Xalqdan o qədər xəbərsizdirlər ki, fantastik qərarlar verirlər. Hətta Avropada belə birmənalı qarşılanmayan qərarları Azərbaycanda tətbiq etmək istəyirlər”. 

Siyasətçi vurğulayıb ki, sözügedən qərar əsaslandırılmayıb:

“Axı nə üçün Bakı, Sumqayıt, Xırdalan və Gəncə taksisi olaraq ayrım var? Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər bir vətəndaşın ölkənin istənilən şəhərində, rayonunda yaşamaq və çalışmaq hüququ var. Belə olan halda Anar müəllim hansı hüququ əsasa istinad edir? Biz federasiya və ya muxtar dövlət deyilik ki, vergilər və ya subyektlər ayrı-ayrı olsun. Bunun hansısa əsası yoxdur”. 

Tural Abbaslı ehtimal edir ki, bu qərar hansısa oliqarxların paytaxtda taksi biznesini daha rentabelli etmək üçün verilə bilər:

“Bəlkə də kimlərsə Bakıda taksi parkları açıb, lakin həmin taksi parkları səmərəli işləyə bilmir. Çünki Sumqayıtdan, Xırdalandan və digər şəhərlərdən olan taksilər gəlib “bazara” girirlər. Bu, lazımsız qərarlardan biri olar”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Asəf
    Mən Bakıdan Sumqayıta taks ilə getmək istəyirəm ,gedib Sumqayıtın sərhəddində düşüb Sumqayıt taksisi cağırmalıyam? Bunun başı qaçıb vallah .
    8 months ago
  • Azad
    Onda deputatlarda milli məclisə getməsin. Hərə seçildiyi yerdə otursun. Gömrük də sərhədlərdə olsun. Bunu fikirləşən yəqin bakı sumqayıt yolunda əlavə sürət yolu açmaq istəyəndi. Betonu düzdülər Turalın sayəsində yığışdırıldı (avtostop)
    8 months ago
  • Rövşən
    Çox mənasız qanundu taksi taksidi fərqi nədi şəhərdə ya Abşeeonda taksi sərnişin daşıylr avtobusdu bəyəm qyeri müntəzəm işləsin
    8 months ago
  • Sultanov Məhəmməd
    Bir dəfədə nazirlərə deputatlara görə qərar çıxarın əl çəkin kasiblardan. Bilmirsiz day nə edəsiniz kasıbları yetəri qədər zülmə salmısınız.
    8 months ago
  • Fariz
    Konstitusiyanı pozur hörmətcil anar müəllim
    8 months ago