Xırdalandakı bazarda yanğın söndürülüb.
Yenisabah.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. pizza hut
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində bazar ərazisində 5 kvadratmetr sahədə piştaxta və plasmas su çəni yanıb.
***
Xırdalan şəhərində yerləşən bazarlardan birində yanğın başlayıb.
Yenisabah.az xəbər verir ki, hadisə yerindən görüntülər yayılıb.
Həmin videonu təqdim edirik:
/Manşet.az
Telegram kanalımız