Xırdalanda daha bir küçə yenidən qurulur -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda daha bir küçə yenidən qurulur - Fotolar

İqtisadiyyat

29 Yanvar 2021 16:48 841


Xırdalan şəhərində növbəti küçə - Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurulur. 

Yenisabah.az xəbər verir ki, layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Hazırda ərazidə asfaltlanma işləri aparılır.

Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək. Sezar pizza

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!