Ötən gecə Xırdalan şəhərində bəzi binaların divarlarına “Ya Hüseyn” şüarları yazılıb.
Bu haqda “Yeni Sabah”a şəhər sakinləri məlumat verib. Onlar bildiriblər ki, bir neçə binanın divarına eyni trafaret və şriftlərlə bu şüarın yazılması təsadüf deyil.
Xüsusilə də millət vəkili Fazil Mustafanın güllələnməsindən sonra belə bir kampaniyanın aparılması məqsədyönlü ola bilər. Marqarita pizza
Sakinlər sözügedən faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildiriblər.
Telegram kanalımız