Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 32 m² olan dəmir konstruksiyadan ibarət vaqonun içərisinə yığılan əşyalar yanıb.
“Yeni Sabah”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
*** pizza
Xırdalanda partlayış səsləri eşidilib.
Milli.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə istifadəçilər məlumat paylaşıblar. Paylaşımlarda güclü partlayış səsinin eşidildiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən isə Milli.Az-a bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xirdalan şəhərində vaqon tipli tikilidə yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
Əlavə məlumat veriləcək.
Telegram kanalımız