Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 məktəbli xəsarət alıb.
"Yeni Sabah" xəbər verir ki, hadisə Abşeron Rayon İcra Hakimiyyətinin yaxınlığında baş verib.
Minik avtomobili yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Alsu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. A.Səbzəliyevaya döş qəfəsinin küt travması, F.Orucovaya isə döş qəfəsinin küt travması, sağ diz qapağının sınığı diaqnozu qoyulub. pizza hut
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız