Xırdalanda kişi 22 yaşlı arvadını binadan atdı

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda kişi 22 yaşlı arvadını binadan atdı

Hadisə

23 İyul 2024 12:47 1353


Abşeron rayonunun Xırdalan şəhərində 22 yaşlı qadın binadan atılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb. 

Məlumatda deyilir ki, bu gün saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.  pizza hut

Araşdırma zamanı 2002-ci il təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.  Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub. 

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!