Xırdalanda marşrut avtobusu yeni qazılmış yolda batdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Xırdalanda marşrut avtobusu yeni qazılmış yolda batdı - Foto

Sosial

22 Noyabr 2019 13:12 1528


Abşeron rayonunda sərnişin avtobusu yeni qazılmış yolda batıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Report”a rayon sakinləri məlumat verib.

Bildirilib ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb. Belə ki, şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə hərəkət edən 119 nömrəli xəttin 10-TG-702 qeydiyyat nişanlı sərnişin avtobusu yeni qazılmış çuxurda batıb. pizza hut

Daha sonra sürücü avtobusda olan sərnişinləri düşürməyə məcbur olub. Sürücü nə qədər çalışsa da, avtobusu batdığı çuxurdan çıxarmaq mümkün olmayıb.

Qeyd edək ki, bir müddətdir Xırdalan şəhərinin əksər küçə və prospektlərində qazıntı işləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!