Xırdalandakı hadisə zamanı qonşularına kömək edən şəxsin ayağı sındı

saytların hazırlanması

Evə çatdırılma

Xırdalandakı hadisə zamanı qonşularına kömək edən şəxsin ayağı sındı

Hadisə

26 Yanvar 2021 00:34 767


Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışdan sonra hadisə yerinə gələrək qonşularını dağıntılar altından çıxarmaq istəyən 1988-ci il təvəllüdlü Hüseynov Vasif Əbülfəz oğlu xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, Vasif Hüseynov hadisə yerinə gələn təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol inci sümüyünün sınığı diaqnozu qoyulub. Dördpendirli pizza

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində səkkiz nəfər xəsarət alıb.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!