Xızı sakini əmisinin evindən silah oğurladı

saytların hazırlanması

Evə çatdırılma

Xızı sakini əmisinin evindən silah oğurladı

Kriminal

27 İyul 2022 10:32 1111


Xızıda əmisinin evindən silah oğurlayan şəxs saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə şəhər sakini Əli Hüseynovun evindən “İJ-58” markalı yivsiz ov tüfənginin oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qardaşının oğlu Həsən Hüseynzadə saxlanılıb. Onun həmin evdən “TOZ-17” markalı digər yivli ov tüfəngini oğurlaması da müəyyən olunub. Pepperoni pizza

Tüfənglər polis əməkdaşları tərəfindən götürülüb və Ə.Hüseynov da saxlanılıb.

Hər iki şəxs barəsində qanunamüvafiq tədbir görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!