Xızı sakinindən küllü miqdarda heroin tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Xızı sakinindən küllü miqdarda heroin tutuldu

Kriminal

08 Fevral 2021 09:52 475


Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Şorabad qəsəbə sakini Fərman Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib. Burada onun üzərinə keçirilən baxış zamanı, F.Hüseynovdan kağız bükümdə 0.4 qram narkotik maddə olan heroin aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə saxlanılan şəxsə məxsus  qəsəbə ərazisində yerləşən fərdi yaşayış evinə də baxış keçirilib və bu zaman həyətyanı sahədə olan yardımçı tikilidən sellofan torbada çəkisi 600 qram olan heroin aşkarlanaraq götürülüb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!