Xızıda 2 nəfər dəyirmanda zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Xızıda 2 nəfər dəyirmanda zəhərləndi

Hadisə

14 Avqust 2023 12:02 530


Xızıda dəyirmanda 2 nəfər qazdan zəhərlənərək ölüb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində 2 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza

İlkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayev və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyən edilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!