Xocalı polisi karantinə görə reyd keçirdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xocalı polisi karantinə görə reyd keçirdi - Fotolar

Rəsmi

19 Aprel 2021 00:20 1036


Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Goranboy rayonu Ağcakənd qəsəbəsi ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “Report”un Qərb mərkəzinə verilən məlumata görə, təşkil edilən reydlər zamanı karantin rejiminin tələblərini pozan, tibbi maska və digər zəruri tədbirlərə laqeyd yanaşan sürücü və sərnişinlər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.

pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!