Xəbər verildiyi kimi, Ermənistanın terrorçu üçüncü prezidenti, qatı Rusiyayönlü Respublika partiyasının sədri, Xocalı qatili Serjik Sərkisyan bir neçə gündür ki, anası Noranın ölümünün ildönümü münasibətilə Azərbaycanın Qarabağ torpaqlarındadır və orada fəal görüşlər keçirir.
Moderator.az xəbər verir ki, bu haqda News.am məlumat yayıb.
Bu gün - noyabrın 7-də isə Serjik Sərkisyanın anası Noranın ölümünün 1 ili tamam olur. Buna görə də Ermənistanın keçmiş siyasi və qeyri-siyasi elitası, keçmiş və indiki bəzi məmurları Qarabağa gəliblər. Və bu münasibətlə Serjikin anasının məzarı başında il mərasimi keçirilib. Marqarita pizza
Mərasimdə iştirak etmək üçün Ermənistandan Xankəndinə çoxlu sayda erməni gəldiyindən otellərdə boş yerlərin demək olar ki, qalmadığı bildirilir.
Telegram kanalımız