"Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir" - Mehriban Əliyeva

saytların hazırlanması

Evə çatdırılma

"Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir" - Mehriban Əliyeva

Siyasət

26 Fevral 2020 00:20 852


"Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir". "Yeni Sabah" xəbər verir ki, bu sözləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "İnstagram" hesabında yazıb. Birinci vitse-prezident soyqırımla bağlı fikirlərini bölüşüb: "Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə - Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!