Xocalı soyqırımı ilə bağlı yeni şəkillər ortaya çıxdı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xocalı soyqırımı ilə bağlı yeni şəkillər ortaya çıxdı - Fotolar

Sosial

01 Oktyabr 2019 16:48 1711


Türkiyəli jurnalist İrfan Sapmaz Xocalı soyqırımı zamanı lentə aldığı bir neçə nadir fotonu sosial şəbəkədə paylaşıb.

"Yeni Sabah" xəbər verir ki, İ.Sapmaz 1992-ci ildə Azərbaycanda Xocalı qətliamı zamanı o dönəmin “Sony” kamerası ilə çəkiliş edib.

“Olayı “Hürriyet” qəzeti və çalışdığım TRT vasitəsilə dünyaya ilk dəfə mən çatdırmışdım. Bəlkə də bu fotolarda olan qardaşlarımızdan bəziləri şəhid olub”, - deyə İ.Sapmaz bildirib. Dominos pizza

Qeyd edək ki, İrfan Sapmaz Xocalı soyqırımı hadisəsini dünyada işıqlandıran ilk jurnalistlərdəndir. 

O, müxtəlif ölkələrdə müharibə müxbiri kimi fəaliyyət göstərib. 90-cı illərin əvvəllərindən 2000-ci ilə kimi Azərbaycanda nəşr edilən “Avrasiya” qəzetinin sahibi və baş redaktoru olub.

Hazırda Türkiyədə fəaliyyət göstərir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!