Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva vəfat etdi

Hadisə

04 Avqust 2024 22:58 1294


Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva vəfat edib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, D. Ağayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırım zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub. Dominos pizza

D. Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!