Xocalıda məscid istifadəyə verilib? - Deputatdan mühüm   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Xocalıda məscid istifadəyə verilib? - Deputatdan mühüm AÇIQLAMA

Rəsmi

03 İyun 2021 18:52 3300


Sosial şəbəkədə Xocalı hava limanı yaxınlığında məscidin inşa edilməsi barədə foto yayılıb. Fotonu paylaşan mənbənin erməni jurnalist Bella Lalayan olduğu deyilir.

Yenisabah.az xəbər verir ki, Xocalı rayonunun deputat Elman Məmmədov məlumatın həqiqəti əks etdirmədiyini deyib.

O bildirib ki, 29 ildir orada azərbaycanlılar yaşamır: “Kim kimin üçün inşa edib bu məscidi?! Ora Xocalı ərazisidir, biz çıxana qədər orada məscid tikməmişdik. Bizdən sonra ermənilər məscid tikər?! Ermənilər məscid düşmənidir, bizim məscidləri dağıdıb, murdarlayıblar. Bu məlumat tamamilə yalandır. pizza

Əvvəla ora Xankəndi yox, Xocalı aeroportudur. Bütün sənədlərdə həmin hava limanının adı Xocalı aeroportu kimi gedir. Çünki Xocalının içindədir, yaşayış evləri ilə 100-200 metr məsafədə idi. İndi həmin yaşayış evlərinin hamısını ermənilər söküb darmadağın ediblər.

Xocalıya qayıdanda evlərimizi də, məscidlərimizi də tikəcəyik. Ancaq bu, ermənilərə aid söhbət deyil”.

/Teleqraf.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!