Xocalıda yanğın - Əraziyə helikopterlər cəlb edildi 

saytların hazırlanması

Evə çatdırılma

Xocalıda yanğın - Əraziyə helikopterlər cəlb edildi 

Hadisə

11 Sentyabr 2024 09:02 530


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xocalı rayonu, Həsənabad kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən Yenisabah.az-a bildirilib ki, məlumatla əlaqədar əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və aviasiya dəstəsinin helikopterləri cəlb olunub. 

 FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına, o cümlədən meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.  pizza mizza

Həmçinin, Xocavənd rayonunun Cütcü kəndi istaqamətində açıq ərazidə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında nazirliyin qüvvələri əraziyə cəlb olunub. 

Hazırda göstərilən istiqamətdə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin helikopterləri tərəfindən yanğınla mübarizə tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!