Xocalıdan 5 yaşlı qız - Qəbir açılacaq

saytların hazırlanması

Evə çatdırılma

Xocalıdan 5 yaşlı qız - Qəbir açılacaq

Sosial

30 Avqust 2025 13:31 534


Şəhidlər xiyabanında dəfn olunan naməlum beş yaşlı uşağın meyiti qalıqları ekshumasiya edilib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, I Şəhidlər xiyabanında "Xocalıdan 5 yaşlı qız" adı ilə dəfn edilmiş şəxsə aid məzar da Dövlət Komissiyası və Baş Prokurorluğun həyata keçirdiyi tədbirlər çərçivəsində cari ilin may ayında ekshumasiya edilib: pizza mizza

"Məzarda aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə zəruri araşdırma işləri aparılır. Araşdırmanın nəticələri ilə bağlı Azərbaycan ictimaiyyətinə, o cümlədən kütləvi informasiya vasitələrinə məlumat veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!