“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Reza Deqati ilə görüş keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Xocalıya Ədalət” kampaniyası çərçivəsində Reza Deqati ilə görüş keçirildi - Fotolar

Maraqlı

26 Fevral 2023 18:34 789


“Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə dünyaca məşhur Azərbaycanlı fotoqraf Reza Deqati ilə görüş keçirilib.

Reza Deqati 20 Yanvar hadisələrini, o cümlədən Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa, müharibə gedən digər bölgələrdə - Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib. Bundan sonra isə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox avropa ölkələrində sərgilər təşkil edib.

24 Fevral 2023-cü il tarixində baş tutan görüşdə Reza Deqati gənclərə faciə zamanı çəkdiyi fotoları təqdim edib və şahidi olduğu hadisələrdən danışıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!