Xocavənddə beton maşın aşdı - Ölən və xəsarət alan var 

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə beton maşın aşdı - Ölən və xəsarət alan var 

Hadisə

23 Dekabr 2023 11:47 678


Xocavənd rayonu ərazisində yol qəzası olub. 

Yenisabah.az xəbər verir ki, hadisə Füzuli-Şuşa yolunun Xocavənd rayonunun Böyük Tağlar kəndindən keçən hissəsində qeydə alınıb. 1978-ci il təvəllüdlü Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi "DAF" markalı beton vuran yük avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb. 

Qəza nəticəsində sərnişin - 1976-cı il təvəllüdlü Biləsuvar rayon sakini Elçin Nəzərov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.  pizza hut

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanıb istintaq aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!