Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

Kriminal

01 Mart 2021 12:02 618


Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirir, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər. Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 1 ədəd tank əleyhinə idarə olunan raket, 6 ədəd müxtəlif markalı əl qumbaraları, 2 ədəd qumbaraatan mərmisi, tank əleyhinə təlim minası və digər döyüş sursatları aşkar edilərək götürülüb və aidiyyatı üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!