Xocavənddə mülki şəxs minaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə mülki şəxs minaya düşdü

Hadisə

15 Mart 2021 15:10 783


Xocavənd rayonunda 41 yaşlı şəxs minaya düşüb.

Bu barədə Yenisabah.az-a rayon Prokurorluğundan bildirilib.

Belə ki, martın 13-də saat 16 radələrində 1980-ci il təvəllüdlü İman Baxşaliyevin Xocavənd rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dördpendirli pizza

Aparılan araşdırmalarla İman Baxşaliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və

digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!