Xocavənddə partlayıcı vasitələr aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə partlayıcı vasitələr aşkar edildi

Hadisə

26 Aprel 2024 10:02 536


Xocavənddə partlayıcı vasitələr aşkar edilib.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. pizza sifarişi

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!