Xocavənddə yolda ermənilərin basdırdıqları minalar tapıldı - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddə yolda ermənilərin basdırdıqları minalar tapıldı - FOTO

Hadisə

24 İyun 2021 17:56 1034


Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərərkən kəndlərarası yollarda quraşdırılmış Ermənistan istehsalı olan tank əleyhinə minalar aşkar ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, iyunun 23-də Xocavənd RPŞ-nin əməkdaşları xidməti ərazidə nəzarət-profilaktik tədbirlər keçirərkən Ağcakənd kəndinə gedən yolda basdırılmış 2 ədəd tank əleyhinə mina aşkar ediblər.

Dərhal bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman daha 3 ədəd tank əleyhinə mina aşkar edilib. Dördpendirli pizza

Aşkar edilmiş 5 mina zərərsizləşdirilib.

İyunun 24-də rayon ərazisində baş vermiş yanğın ilə əlaqədar Xocavənd RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gedərkən Düdükçü-Edilli kənd yolunda daha 2 ədəd tank əleyhinə mina aşkar ediblər.

Bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Minaların ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!