Xocavənddəki qəzada yaralanan 11 nəfərdən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Xocavənddəki qəzada yaralanan 11 nəfərdən xəbər var

Hadisə

03 Aprel 2024 13:23 659


Xocavənd rayonunda baş verən qəza ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasına ümumilikdə 11 nəfər yerləşdirilib. 

Yenisabah.az-ın məlumatına görə, Bərdə RMX-dan bildirilib ki, baş verən hadisə ilə əlaqədar 11 (4 kişi, 7-i qadın) nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. 

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.  Dördpendirli pizza

Xatırladaq ki, Xocavənd rayonunda mikroavtobus aşıb. Hadisə rayonun Cəmiyyət kəndində qeydə alınıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birinə məxsus fəhlə daşıyan mikroavtobus aşıb. Biləsuvar rayon sakini Pənah Quliyevin idarəsində olan "Mersedes" markalı sərnişin mikroavtobusunun əyləc sistemində yaranan nasazlıq səbəbindən sürücü idarəetməni itirib.Nəticədə mikroavtobus aşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!