Xocavəndə gedən işçinin çantasından narkotik çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Xocavəndə gedən işçinin çantasından narkotik çıxdı

Kriminal

18 Yanvar 2022 16:54 750


Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisindəki nəzarət postunda aparılan yoxlamalar zamanı tikinti şirkətinin əməkdaşında narkotik vasitə aşkarlanıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları Böyük Tağlar kəndi ərazisindəki nəzarət postunda prosedur qaydalarına uyğun olaraq aparılan yoxlamalar zamanı işğaldan azad edilmiş ərazilərə daxil olmaq üçün müvafiq icazəsi olan Masallı rayon sakini Qurbanəli Cabbarovun sərnişini olduğu avtomobil saxlanılıb. Sezar pizza

Tikinti şirkətlərindən birinin işçisi olan Q.Cabbarova məxsus çantaya baxış keçirilərkən narkotik vasitələr olan metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!