Xomeyninin nəvəsi: “Babam İrana xəyanət edib”   - Video

saytların hazırlanması

Evə çatdırılma

Xomeyninin nəvəsi: “Babam İrana xəyanət edib” - Video

Maraqlı

31 İyul 2022 01:09 1795


Hüseyn Xomeyni İran İslam Respublikasının banisi Ayətullah Xomeyninin ən istəkli nəvəsi olub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azad İran” “YouTube” kanalının hazırladığı süjetdə bildirilib.

Qeyd edilib ki, 1979-cu ilin fevralında şah rejiminin devrilməsindən və inqilabın qələbəsindən az sonra nəvə ilə baba arasında ciddi fikir ayrılıqları meydana çıxıb: pizza mizza

“Hüseyn Xomeyni Pəhləvi hakimiyyətinə qarşı mübarizə aparmış müxtəlif partiya və təşkilatların siyasi səhnədən sıxışdırılıb çıxarılaraq, öz sözləri ilə desək, ruhanilərin diktaturasının qurulması prosesinə açıq etirazını bildirdi. Çox sonralar, dəqiq desək, 2004-cü ildə Amerika Birləşmiş Ştatlarına səfəri zamanı o, keçmiş İran şahının oğlu Rza Pəhləvi ilə görüşdü”.

Həmin görüş zamanı Pəhləvi sülaləsinin banisi Rza şahı nəzərdə tutan şahzadə: “Babam İrana xidmət edib” – dedi, Hüseyn Xomeyni isə: “Mənim babam İrana xəyanət edib” söylədi./Oxu.az

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!