Xorvatiya çempionatı: Mahir yenə qol vurdu

saytların hazırlanması

Evə çatdırılma

Xorvatiya çempionatı: Mahir yenə qol vurdu

İdman

25 Sentyabr 2023 12:04 535


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi Zaqreb "Dinamo"su Xorvatiya çempionatında 9-cu tur oyununa çıxıb. 

Yenisabah.az xəbər verir ki, komanda səfərdə autsayder "Rudeş"lə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib. 

Start heyətdə meydana çıxan Mahir Emreli matçın 38-ci dəqiqəsində komandasının 2-ci qolunu vurub. O, görüşün 58-ci dəqiqəsində komandasının 5-ci qolunun ötürməsini də edib. 26 yaşlı hücumçu Josip Drmiçə məhsuldar ötürmə verib. Mahir 73-cü dəqiqədə əvəzlənb. pizza

Bu nəticədən sonra "Dinamo" turnir cədvəlində 16 xalla (7 oyun) 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 18 xalla (8 oyun) "Hayduk" başçılıq edir

Xatırladaq ki, M.Emreli bu mövsüm Xorvatiya çempionatında bundan əvvəl meydana çıxdığı 5 matçda 2 qol vurub, 1 qolun ötürməsini verib. 

24 sentyabr 

21:15. "Rudeş" - "Dinamo" (Zaqreb) - 1:5 

Qollar: Masala, 83 - Drmiç, 22, Mahir Emreli, 38, Drmiç, 48, Vidoviç, 53, Drmiç, 58, 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!