Xorvatiya klubu Mahir Emreliyə komanda axtarır

saytların hazırlanması

Evə çatdırılma

Xorvatiya klubu Mahir Emreliyə komanda axtarır

İdman

01 Yanvar 2024 10:57 1284


Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə komanda axtarır.

"Report"un yerli mətbuata istinadən məlumatına görə, Zaqreb təmsilçisi 26 yaşlı hücumçunun çıxışından məmnun deyil.

Baş məşqçi Sergey Yakiroviç bir neçə futbolçunun onun oyun fəlsəfəsinə uyğun olmadığını düşünür ki, onların bəzilərinin qış, bəzilərinin isə yay fasiləsində yola salınmasının tərəfdarıdır. Bosniya və herseqovinalı mütəxəssisin “qara siyahı”sında yer alan futbolçulardan biri də Mahir Emrelidir. Toyuqlu pizza

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!