Xorvatiya mətbuatı Mahir Emrelini tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

Xorvatiya mətbuatı Mahir Emrelini tənqid etdi

İdman

15 Mart 2022 12:11 579


Xorvatiyanın “Jutarnji List” nəşri Zaqreb “Dinamo”sunun bu mövsümkü oyunu barədə yazı hazırlayıb.

Yazıda paytaxt təmsilçisinin ümumi problemlərinə toxunulub və qeyd edilib ki, baş məşqçi Jelko Kopiç bu məsələləri tezliklə həll etməlidir. “Əks halda mövsümün sonu çempionluq çətin olacaq” deyə yazıda qeyd edilir.

Yenisabah.az xəbər verir ki, yazıda “Dinamo”nun bir çox futbolçusu ilə yanaşı klubun azərbaycanlı yeni transferi Mahir Emrelinin oyunu da toxunulub. Müəllif xatırladır ki, o, komandaya yanvarda qoşulub: “Qışda lazımi hazırlıq keçmədiyindən ona komandaya uyğunlaşmaq üçün əlbəttə ki, müəyyən vaxt lazımdır.  O, 2-3 oyun meydanda olub və sonadək oynamayıb. Amma bugünədək göstərdiyi oyun “Dinamo”ya tələb olunandan azdır. Biz onun “Şibenik”ə qarşı matçda yalnız bir neçə hərəkətini görmüşük. Bu zaman  gücünü və sürətini göstərib. Görünür, Emreli hələ bütün xətlər boyu komanda üzvləri ilə anlaşa və Kopiçin tələblərini tam yerinə yetirə bilmir” – deyə yazıda qeyd edilir.  Pepperoni pizza

Xatırladaq ki, “Dinamo” 26 oyundan 54 xalla Xorvatiya liqasında liderlik edir. Onun ən yaxın izləyicisi “Osiyek”in də 54 xalı var. Lakin Mahirin komandasının ehtiyatda 1 oyunu da var. (qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!