Xorvatiya Qran-prisi: Azərbaycan cüdoçusu finalda

saytların hazırlanması

Evə çatdırılma

Xorvatiya Qran-prisi: Azərbaycan cüdoçusu finalda

İdman

26 Sentyabr 2021 16:41 719


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə bu gün Azərbaycanın son cüdoçusu mübarizəyə qoşulub.

Yenisabah.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun rəqibi polşalı Sebastyan Oldak olub. Rəqibinə qalib gələn Mehdiyev növbəti mərhələdə Avstriyanı təmsil edən Vaxid Borçiaşvili ilə qarşılaşıb. Bu dəfə də qələbə qazanan 28 yaşlı idmançı yarımfinalda rusiyalı Xusen Xalmurzayevlə üz-üzə gəlib.

Mehdiyev ipponla qalib gələrək, finala yüksəlib. Həlledici görüşdə onun rəqibi gürcüstanlı Lika Maysuradze olacaq. Dominos pizza

Qeyd edək ki, ötən gün Hidayət Heydərov 73 kq çəkidə qızıl medal qazanıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!