Xoşməramlı Səfir, bədnam 907-ci düzəliş, BMT-nin fəaliyyəti -   Tarixdə bu gün

saytların hazırlanması

Evə çatdırılma

Xoşməramlı Səfir, bədnam 907-ci düzəliş, BMT-nin fəaliyyəti - Tarixdə bu gün

Hadisə

24 Noyabr 2020 09:59 1019


Tarixdə bu gün hansı hadisələr baş verib?

Yenisabah.az noyabrın 24-də baş verən ən mühüm hadisələrin xronologiyasını təqdim edir:

1642 — Holland səyyahı Abel Tasman Avstraliya ətrafında adalar qrupunu kəşf edib. Bu ərazi sonradan onun şərəfinə Tasmaniya adaları adlandırılıb. pizza hut

1798 — Fransada əmlak vergisinə əlavə olaraq “Qapı və pəncərə vergisi” də tətbiq edilib.

1928 — Türkiyə Böyük Millət Məclisi Qazi Mustafa Kamala "Baş müəllim" dərəcəsi verib.

1934 — Soyad qanunu qəbul edildikdən sonra Türkiyə prezidenti Qazi Mustafa Kamala Atatürk adı verilib.

1945 — BMT rəsmən fəaliyyətə başlayıb. Təşkilatın Nizamnaməsi ratifikasiya olunub.

1961 — BMT nüvə silahından istifadəni qadağan edən qətnamə qəbul edib.

1969 — ABŞ və SSRİ nüvə silahını yaymamaq haqqında saziş imzalayıb.

1988 — Sovet rəhbərliyinin qərarı ilə Azərbaycan SSR-in Bakı, Sumqayıt və Gəncə şəhərlərində komendant saatı tətbiq edilib.

1992 — ABŞ Konqresi "Azadlığı Müdafiə Aktı"na 907-ci əlavəni qəbul edib.

2006 — Mehriban Əliyeva İSESKO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!