Xoşqədəm 14 kq arıqlamağının sirrini açdı

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm 14 kq arıqlamağının sirrini açdı

Şou

27 May 2024 12:08 582


“Sənət adamları, daim yaradıclıqda bir şey edən insanı tutub saxlamaq mümkün deyil. Doğuş da arada öz vətənin gedir. Ora gedir vay, bura gəlir vay. Yazıq nə etsin? Adamın işi ordadır, hər şey ora bağlıdır”.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan” proqramında deyib.

O, əri Doğuşun verilişdə yoxluğu haqda sualları cavablandırıb. pizza sifarişi

Aparıcı daha sonra formada qalmağının sirrini açıqlayıb:

“Gündə 3 saat idman edirəm. Hər şey yeyirəm. Sadəcə, nəyi nə zaman yeyirsən, bilməlisən. Bir dietoloq mənə pəhriz yazdı: 2 zeytun, yarım yumurta. Cırdım atdım kənara. 1 aya 14 kiloqram atdım. Nə istəyirəm yeyirəm. O, enerjini çıxartmaq lazımdır. Normal yatmaq lazımdır. Axşam 11 tamamda yatırsan. Sofi Lorenin gənc qalmasının sirri yuxu və normal rejim idi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!