Uşaqlarını ataraq TV studiyasına gələn qadınla aparıcı Xoşqədəm Hidayətqızı arasında mübahisə yaşanıb.
Yenisabah.az xəbər verir ki, hadisə “Səni axtarıram” verilişinin canlı efirində baş verib.
Bir müddət əvvəl gələn şikayətçilər arasından birinə ev veriləcəyi açıqlanan proqramda sözügedən qadın - Gülxanım oyundan kənarlaşdırılıb. O bundan hiddətlənərək ekspertlərlə davaya çıxıb: pizza mizza
“Bəsdir! Hamı yaxınlaşıb mənə deyir ki, sən o verilişdəsən, amma heç kəs sənə dəstək olmur. Mən dünən alçaldım. Artıq bəsdir! Bu reytinqi, şounu yığışdırın! Hər kəs bu verilişdə mənim saflığımdan istifadə etdi. Xoşqədəm xanım, mən sizə güvənmişdim...”.
Xoşqədəm Hidayətqızı buna əsəbiləşib və Gülxanımı efirdən qovub:
“Gülxanım, dünən mənə sənin dosyeni atıblar. Mən də sənə güvənmişdim, ağzımı açdırma! Gəl, göstərim videonu, gör nə etmisən. Bu görüntüləri hələ tamaşaçılara göstərmirəm. İndi isə çıx çölə və məni gözlə. Mən artıq əsəb keçirirəm!”
Telegram kanalımız