Xoşqədəm Hidayətqızı: Mənim üçün həmişə gəlinimin sözü önəmli olacaq

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəm Hidayətqızı: Mənim üçün həmişə gəlinimin sözü önəmli olacaq

Şou

17 Avqust 2023 12:31 769


Televiziya aparıcısı Xoşqədəm Hidayətqızı qadınların müdafiəsinə qalxıb.

Yenisabah.az xəbər verir ki, bu haqda o, aparıcısı olduğu "Səni Axtarıram" verilişində danışıb.

Kişilərə səslənən teleaparıcı gələcəkdə hər zaman gəlinin yanında olacağını açıqlayıb və kişilərə məsləhət verib: Dominos pizza

"Niyə bu qadınları zülmlərə salırsınız? Ayıb deyilmi? Heçmi vicdanınız yoxdur?! Ay oğlanlara tərbiyə verən analar, siz haradasınız?

Mənim oğlum istədiyi qızla belə davrana bilməz. Ona hələ 6 yaşı olanda deyirdim ki, qadınları ağlatmaq olmaz.

Oğluma demişəm ki, mənim üçün həmişə gəlinimin sözü önəmli olacaq. Birincisi o biləcək ki, yanında mənim kimi bir böyüyü var, mən heç vaxt haqqı tapdamaram.

İkincisi, bir qadın hüzurlu yerindən qaçmaz. Qadın narazıdırsa, mütləq kişinin günahı var! Qadına yaxşı bax, ağlatma, incitmə, onu xoşbəxt et. Qadın xoşbəxtdirsə, ailə xoşbəxtdir, uşaqlar tərbiyəlidir. Qadın xoşbəxtdirsə, cəmiyyət də xoşbəxtdir".

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!