Səhiyyə Nazirliyi təcili tibbi yardım avtomobilin hadisə yerinə gec gəlməsi barədə məlumata münasibət bildirib.
“Yeni Sabah”ın məlumatına görə, nazirlikdən bildirilib ki, sosial şəbəkələrdə Nobel prospektində avtomobil qəzası baş verən əraziyə təcili tibbi yardım avtomobilinin 40 dəqiqəyə çatması barədə yayılan məlumat həqiqətə uyğun deyil:
"Təcili Tibbi Yardımın dispetçer xidmətinə hadisə ilə əlaqədar ilk çağırış saat 10:45 daxil olub, saat 11:00-da hadisə yerinə çatan həkim briqadası dispetçer mərkəzi ilə əlaqə saxlayaraq, KTM-də qapalı kəllə beyin travması alan 21 yaşlı qız və müştərək travmaları olan 43 yaşlı kişi üçün yer hazırlanmasını istəyib. Ağır vəziyyətdə KTM-ə çatdırılan yaralılara lazımı tibbi yardım göstərilib. Onların vəziyyəti ağır kimi qiymətləndirilir. Çağırışın və həkim briqadasının hadisə yerinə çatma vaxtları dispetçer xidmətinin kompüter sistemində qeydə alınıb",- nazirlikdən bildirilib. pizza sifarişi
Qeyd edək ki, tanınmış aparıcı Xoşqədəm Hidayətqızı Təcili Tibbi Yardım avtomobilinin hadisə yerinə gec gəlməsindən şikayətlənib. O, sosial şəbəkədə hadisə yerindən video yayaraq “Xəzər” televiziyasının qarşısında qəza baş verdiyini bildirib. O qeyd edib ki, bir neçə hadisə şahidi 103 xidmətinə zəng etsə də, təcili tibbi yardım avtomobili 40 dəqiqə sonra hadisə yerinə gəlib: “Yol da bağlı deyildi ki, deyələr tıxac idi. İnşalllah, o qız ölməz”.
Sizə həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız