Koronavirus pandemiyasının işsiz qoyduğu ailələrdə yaranan çətinliklərə göz yuma bilməyənlər arasında tanınmış fitness məşqçisi Kamil Zeynallı da var.
Yenisabah.az xəbər verir ki, son günlər ölkədə rezonans yaradan Kamil özü haqqında formalaşan mənfi fikirləri də dəyişməyi bacarıb. İdmançı ötən gün Qarabağ əlili Elnura əlil arabası, soyuducu, televizor və ərzaq sovqatı aparıb.
Sosial şəbəkədə Qarabağ əlilinin görüntülərini paylaşan Kamilə teleaparıcı Xoşqədəm Hidayətqızı şərh yazıb. O, həmin ailəyə "Səni Axtarıram"da toy etdiyini, həmçinin elektron araba verdiyini bildirib: "Kamil, "Səni Axtarıram"da bunlara toy edilib, ona Almaniyadan elektron araba gətirilib! Necə yəni arabası yoxdur? O araba hanı?! Dəhşət içərisindəyəm". pizza mizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız